Ermənistanda Yerevan-Moskva təyyarəsinə bomba qoyulması barədə məlumat yoxlanılır

Ermənistanda Yerevan-Moskva təyyarəsinə bomba qoyulması barədə məlumat yoxlanılır Daha əvvəl Yerevan hava limanına çoxlu sayda polis, MTX, FHN əməkdaşı gəlib
Region
24 Mart , 2016 17:12
Ermənistanda Yerevan-Moskva təyyarəsinə bomba qoyulması barədə məlumat yoxlanılır

Bakı. 24 mart. REPORT.AZ/ Ermənistanın hüquq-mühafizə orqanları Yerevan-Moskva təyyarəsinə bomba qoyulması iddiası barədə məlumatı yoxlayır. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ermənistanın polisinin mətbuat xidmətinin əməkdaşı Armen Malxasyan məlumat verib.

Daha əvvəl Yerevanın "Zvartnots" hava limanına çoxlu sayda polis, Milli Təhlükəsizlik Xidməti və Fövqəladə Hallar Nazirliyinin əməkdaşı gəlib. Belə ki, hüquq-mühafizə orqanlarına Yerevandan Moskvaya uçacaq təyyarəyə bomba qoyulması barədə məlumat daxil olub. Məktub elektron poçt vasitəsilə göndərilib.

Hava limanının sözçüsü Gevorq Abramyan hazırda aeroportda vəziyyətin sakit olduğunu bildirib: "Hər şey yaxşıdır, panika yoxdur. Aeroport binasının girişində həmişə olduğu kimi iki polis avtomobili növbə çəkir".

Son xəbərlər

Orphus sistemi