Bakı. 23 may. REPORT.AZ/ Ermənistan prezidenti Serj Sarqsyan polkovnik Timur Şahnazaryanın ordunun rabitə xidmətləri rəisi, rabitə və avtomatlaşdırılmış idarəetmə sistemləri idarəsinin rəhbəri vəzifəsinə təyinatı haqqında sərəncam imzalayıb.
"Report" xəbər verir ki, bu barədə "News.am" portalı məlumat yayıb.
Xatırladaq ki, dördgünlük aprel müharibəsindən sonra aprelin 26-da prezident S.Sarqsyanın fərmanı ilə Ermənistan müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini Alik Mirzabekyan, rabitə xidmətlərinin rəisi, general-mayor Komitas Muradyan və Baş Qərargahın kəşfiyyat idarəsinin başçısı Arşak Karapetyan tutduğu vəzifədən azad edilmişdi.