Ermənistanda yenə Konstitusiya islahatı keçiriləcək

Ermənistanda yenə Konstitusiya islahatı keçiriləcək Hüquqşünaslardan ibarət İşçi Qrupu yaradılıb
Region
7 İyun , 2018 12:13
Ermənistanda yenə Konstitusiya islahatı keçiriləcək
0 : 00
0 : 00

Bakı. 7 iyun. REPORT.AZ/ Ermənistan Konstitusiyasında yenidən islahat aparılacaq.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu təşəbbüslə ölkə prezidenti Armen Sarkisyan çıxış edib.

Bildirilib ki, ölkə prezidentinin təşəbbüsü ilə hüquqşünaslardan ibarət İşçi Qrupu da yaradılıb. Onlar Konstitusiyaya dəyişikliklər üzərində artıq işləməyə başlayıblar. 

Məlumata görə, İşçi Qrupu yeni Konstitusiya üzərində bir aya yaxındır işləyir. Hələlik əsas qanunla bağlı referendumun keriləcəyi tarix məlum deyil.

Qeyd edək ki, Armen Sarkisyan hakimiyyətin fəaliyyətinin tarazlaşdırılması üçün Konstitusiyada dəyişiklik olunmasını da bildirib. 

Son xəbərlər

Orphus sistemi