Ermənistanda yas mərasimində atışma olub, 4 nəfər ölüb, 8 nəfər yaralanıb - YENİLƏNİB

Ermənistanda yas mərasimində atışma olub, 4 nəfər ölüb, 8 nəfər yaralanıb - YENİLƏNİB Bir kişi yas mərasimi keçirilən zala daxil olaraq atəş açıb
Region
1 Avqust , 2017 15:17
Ermənistanda yas mərasimində atışma olub, 4 nəfər ölüb, 8 nəfər yaralanıb - YENİLƏNİB

Bakı. 1 avqust. REPORT.AZ/ Ermənistanın Şamiram kəndində yas mərasimi iştirakçılarının atəşə tutulması nəticəsində 4 nəfər ölüb, 8 nəfər yaralanıb.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu kəndin ağsaqqalı Mraz Broyan bildirib.

Onun sözlərinə görə, ölənlər Amo Xudoyan, Zoro Uzmanyan, Aqasi Kaloyan, Amro Uzmanyandır.

Şahidlər bildiriblər ki, bir kişi yas mərasimi keçirilən zala daxil olaraq bir söz demədən atəş açıb: “Biz nə baş verdiyini anlaya bilmədik. Deyilənə görə, o, “Niva” ilə gəlibmiş”.


*** 14:02

Bakı. 1 avqust. REPORT.AZ/ Ermənistanın Şamiram kəndində naməlum şəxsin yas mərasimi iştirakçılarına açdığı atəş nəticəsində 6 nəfər yaralanıb.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə tibb mərkəzinin direktoru Artur Ovanisyan bildirib.

Onun sözlərinə görə, yaralılardan 3-nün vəziyyəti ağırdır.

Yaralıların müalicə olunduğu xəstəxananın ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.

Bir müddət əvvəl atəş nəticəsində 3 nəfərin öldüyü, 6 nəfərin yaralandığı barədə xəbər yayılıb. 

Son xəbərlər

Orphus sistemi