Ermənistanda yanan kimya zavodu bölgədə kükürd dioksid konsentrasiyası icazə verilən həddi aşıb

Ermənistanda yanan kimya zavodu bölgədə kükürd dioksid konsentrasiyası icazə verilən həddi aşıb Yerevanda kimya zavodunda yanğın ikinci gündür davam edir
Region
29 Avqust , 2017 14:41
Ermənistanda yanan kimya zavodu bölgədə kükürd dioksid konsentrasiyası icazə verilən həddi aşıb

Bakı. 29 avqust. REPORT.AZ/ Yerevanda yanan "Nairit" kimya zavodundan kənar ərazidə kükürd dioksid konsentrasiyası icazə verilən həddi 1,2-1,7 dəfə keçib.

"Report" Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistan Təbiəti Mühafizə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Eyni zamanda azot dioksid konsentrasiyası müvafiq norma göstəricilərini aşmayıb.

Xatırladaq ki, Yerevanda kimya zavodunda yanğın ikinci gündür davam edir. "Nairit" zavodunda yanğının söndürülməsi üzrə işlər bütün gecə davam edib, 4 beton etinol rezervuarından 3-də yanğın söndürülüb.

Qeyd edək ki, Ermənistanda uzun müddətdir fəaliyyət göstərən müəssisələrdən olan "Nairit" müflis olmaq həddindədir. Bu illər ərzində müəssisənin ilk öncə Sənaye Nazirliyinə məxsus olan səhmləri bir neçə dəfə əldən-ələ keçib, lakin səhmdarlardan və investorlardan heç biri onun yenidənqurulması üçün lazımi miqdarda vəsait sərf etməyib. Müəssisə rəhbərliyi isə işçilərin əmək haqqının vaxtlı-vaxtında verilməməsi və digər ödənişlərin edilməməsi səbəbindən daim qalmaqalların mərkəzində olub.

2015-ci ilin fevral ayında zavodda çoxsaylı yüksək ixtisaslı mütəxəssislər də olmaqla işçilərin 2/3 hissəsi işdən azad edilib. 

Son xəbərlər

Orphus sistemi