Ermənistanda xüsusi xidmət orqanları rəhbərləri arasındakı danışığın qalmaqallı səs yazısı ilə əlaqədar daha bir cinayət işi açılıb

Ermənistanda xüsusi xidmət orqanları rəhbərləri arasındakı danışığın qalmaqallı səs yazısı ilə əlaqədar daha bir cinayət işi açılıb Bakı. 13 sentyabr. REPORT.AZ/ Ermənistan Baş Prokurorluğu Milli Təhlükəsizlik Xidməti və Xüsusi İstintaq Xidməti rəhbərləri arasında baş tutan telefon danışığının dinlənilməsi faktı ilə bağlı ikinci cinayət işi açıb.
Region
13 Sentyabr , 2018 10:18
Ermənistanda xüsusi xidmət orqanları rəhbərləri arasındakı danışığın qalmaqallı səs yazısı ilə əlaqədar daha bir cinayət işi açılıb
0 : 00
0 : 00

Bakı. 13 sentyabr. REPORT.AZ/ Ermənistan Baş Prokurorluğu Milli Təhlükəsizlik Xidməti və Xüsusi İstintaq Xidməti rəhbərləri arasında baş tutan telefon danışığının dinlənilməsi faktı ilə bağlı ikinci cinayət işi açıb.

"Report" Ermənistan KİV-nə istinadən xəbər verir ki, istintaqın aparılması Baş İstintaq İdarəsinə həvalə edilib.

İstintaq qrupu yaradılıb, əməliyyat-axtarış orqanları ilə birlikdə hadisənin bütün başvermə hallarını müəyyən etmək və cinayəti törətməkdə şübhəli bilinən şəxsləri müəyyən etmək üçün zəruri tədbirlər görülür.

Xatırladaq ki, sentyabrın 11-də internetdə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyan ilə Xüsusi İstintaq Xidmətinin rəisi Sasun Xaçatryan arasında baş tutan telefon danışığının səs yazısı yayılıb. Onlar 8 dəqiqədən çox etdikləri söhbət zamanı Ermənistanın sabiq prezidenti Robert Koçaryanın həbs edilməsini, eləcə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Yuri Xaçaturov və ölkənin keçmiş müdafiə naziri Mikael Arutyunyana qarşı açılmış cinayət işlərini müzakirə ediblər.

Son xəbərlər

Orphus sistemi