Yuxarı

Ermənistanda vergi müfəttişliyinin binası yaxınlığında partlayış baş verib

Polis zibil qabında naməlum obyektin partladığı barədə məlumat yayıb

Bakı. 4 iyun. REPORT.AZ/ Ermənistanın şimalında yerləşən Vanadzor şəhərində vergi müfəttişliyinin binası yaxınlığında partlayış baş verib.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, polis zibil qabında naməlum əşyanın partladığı barədə məlumat yayıb.

Bildirilib ki, heç kim xəsarət almayıb, yalnız binanın giriş qapısı zədələnib və şüşələr qırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi