Bakı. 30 oktyabr.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, polislər uşağı binadan çıxararaq avtomobilə əyləşdiriblər.
Bundan əvvəl bir neçə atəş səsi eşidilib.
Ermənistan Polisi rəisinin birinci müavini Unan Poqosyan jurnalistlərə cinayətkarın zərərsizləşdirildiyini bildirib.
*** 18:46
Bakı. 30 oktyabr.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, həmin kişi uzun müddətdir keçmiş həyat yoldaşı ilə görüşməyə cəhd edirmiş.
Buna nail ola bilməyən kürəkən bağçaya hücum edərək keçmiş həyat yoldaşı və uşağı ilə görüş tələb edib.
*** 17:57
Bakı. 30 oktyabr. REPORT.AZ/ Ermənistanın paytaxtı Yeravan şəhərindən 48 km qərbdə yerləşən Armavir şəhərində naməlum şəxs uşaq baxçasında işçiləri və uşaqları girov götürüb.
"Report"un "İnterfaks"a istinadən verdiyi məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları artıq hadisə yerinə yollanıb.
Yerli KİV əli bıçaqlı şəxsin baxçaya hücum etdiyini yazıb.
"İnterfaks"ın mənbələrinə istinadən verdiyi xəbərə görə, hücum edən şəxs baxçanın əməkdaşlarını və uşaqların əksəriyyətini azad edib, amma bir uşağı girov saxlamaqda davam edir.