Yuxarı
    Bağlamaq

    Ermənistanda üç nazir müavini tutduqları vəzifələrindən azad edilib

    Ermənistan baş nazirinin qərarı ilə üç nazir müavini tutduqları vəzifələrindən azad edilib

    Bakı. 9 iyun. REPORT.AZ/ Ermənistan baş naziri Ovik Abramyanın qərarı ilə üç nazir müavini tutduqları vəzifələrindən azad edilib.

    "Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidmətindən bildiriblər. 

    Məlumata əsasən Qrişa Baqramyan kənd təsərrüfatı nazirinin birinci müavini vəzifəsindən, Samvel Qalstyan və Qarnik Petrosyan isə - kənd təsərrüfatı naziri müavinləri vəzifələrindən azad olunublar. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi