Ermənistanda tələbələr yenidən aclıq aksiyası keçirir

Ermənistanda tələbələr yenidən aclıq aksiyası keçirir Bakı. 18 dekabr. REPORT.AZ/ Yerevan Dövlət Universitetinin tələbələri aclıq aksiyasını bərpa ediblər.
Region
18 Dekabr , 2017 16:14
Ermənistanda tələbələr yenidən aclıq aksiyası keçirir

Bakı. 18 dekabr. REPORT.AZ/ Yerevan Dövlət Universitetinin tələbələri aclıq aksiyasını bərpa ediblər.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Universitetin rektoru Aram Simonyan bildirib.

Etiraz aksiyasını “Elmin inkişafı naminə” təşəbbüs hərəkatının üzvləri keçirir.

Tələbələr Ermənistanda “Hərbi xidmət və statusu” haqqında qanuna etiraz edirlər. Bu qanunda təhsillə bağlı hərbi möhlət verilmir. Sənədi dekabrın əvvəlində Ermənistan prezidenti Serj Sarqsyan imzalayıb.

Universitetin rektoru tələbələrlə danışığa getməyin mənasız olduğunu, ümumiyyətlə, onların, doğrudan da, aclıq edib-etmədiklərindən xəbərsiz olduğunu deyib.

Qeyd edək ki, noyabrın 14-də “Elmin inkişafı naminə” təşəbbüs hərəkatı həmin qanun layihəsinə etiraz olaraq aclıq aksiyası keçirmişdi.

Son xəbərlər

Orphus sistemi