Ermənistanda "sükut günü"dür

Ermənistanda "sükut günü"dür Bu gün və sabah saat 20:00-dək ölkədə siyasi təbliğat qadağan olunub
Region
1 Aprel , 2017 10:06
Ermənistanda sükut günüdür
Courtesy İmage

Bakı. 1 aprel. REPORT.AZ/ Bu gün Ermənistanda parlament seçkilərinə görə "sükut günüdür".

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu gün və sabah saat 20:00-dək ölkədə seçkilərdə iştirak edənlərə siyasi təbliğat qadağan olunub.

Məlumata görə, Ermənistanın əyalətlərində və Yerevanda seçkilərin keçirilməsi ilə bağlı 2009 seçki məntəqəsi təşkil edilib.

Qeyd edək ki, Ermənistanda növbəti parlament seçkiləri (VI çağırış) aprelin 2-də keçiriləcək.  

Son xəbərlər

Orphus sistemi