​Ermənistanda siyasi partiya lideri və iş adamı cinayətkar qrupla əlaqədə şübhəli bilinərək tutulub

​Ermənistanda siyasi partiya lideri və iş adamı cinayətkar qrupla əlaqədə şübhəli bilinərək tutulub Onlar parlamentə və Ermənistanın baş nazirinə hücum etməyi planlaşdırırmış 
Region
14 Yanvar , 2016 12:46
​Ermənistanda siyasi partiya lideri və iş adamı cinayətkar qrupla əlaqədə şübhəli bilinərək tutulub

Bakı. 14 yanvar. REPORT.AZ/ Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) İstintaq İdarəsi tərəfindən "Vətən və Şərəf" Partiyasının sədri Qarnik Markaryan və "Yeqvard idman ayaqqabıları fabriki" Açıq tipli Səhmdar Cəmiyyətinin baş direktoru Vladimir Arakelyan həbs edilib.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkə MTX-nin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, onlar Artur Vardanyan tərəfindən yaradılan cinayətkar qruplaşma ilə əlaqədar olmaqda şübhəli bilinirlər.

Qeyd edək ki, Ermənistan müdafiə nazirinin sabiq müavini Vahan Şirxanyan da həmin cinayətkar qruplaşma ilə əlaqə saxlamaqda şübhəli bilinərək tutulub.

Xatırladaq ki, 2015-ci il noyabrın 25-də Ermənistan MTX ölkə ərazisində 19 nəfərlik silahlı qruplaşmanı aşkarlayaraq üzvlərini həbs etmişdi. Rəsmi məlumata görə, onlar parlamentə və Ermənistanın baş nazirinə hücum etməyi planlaşdırırmış. 

Son xəbərlər

Orphus sistemi