​Ermənistanda polis binasını ələ keçirmiş silahlı şəxslər 1 asayiş keşikçisini güllələyib

​Ermənistanda polis binasını ələ keçirmiş silahlı şəxslər 1 asayiş keşikçisini güllələyib Polis əməkdaşı snayperlə öldürülüb
Region
30 İyul , 2016 19:03
​Ermənistanda polis binasını ələ keçirmiş silahlı şəxslər 1 asayiş keşikçisini güllələyib

Bakı. 30 iyul. REPORT.AZ/ Ermənistanın paytaxtı İrəvanda polisin post-patrul xidmətinin binasını ələ keçirmiş silahlı şəxslər binadan 350-400 metr məsafədə dayanmış polis maşınına snayperlə atəş açıblar.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ermənistan polisinin mətbuat xidmətinin rəhbəri Aşot Aqaronyan məlumat verib.

Onun sözlərinə görə, silahlı şəxslərin açdığı atəş nəticəsində hüquq-mühafizə orqanlarının xidməti maşınında olmuş 1 polis əməkdaşı ölüb. Aşot Aqaronyan həmin polis əməkdaşının 1986-cı il təvəllüdlü Yura Tepanosyan olduğunu bildirib. 

Son xəbərlər

Orphus sistemi