Yuxarı
    Bağlamaq

    Ermənistanda silah satışı qadağan edilib

    Bu qadağa Yerevanda PPX alayının binasının ələ keçirilməsindən sonra qüvvəyə minib

    Bakı. 2 avqust. REPORT.AZ/ Ermənistan hüquq-mühafizə orqanları ölkədə silah satışını qadağan edib.

    "Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu qadağa iyulun 17-də Yerevanda post-patrul xidməti alayının binasının silahlı qurplaşma tərəfindən ələ keçirilməsindən sonra qüvvəyə minib.

    Polis silah satışını nəzarətə götürüb. Müəyyən növ silahlar satış üçün qadağan edilib.

    Həmçinin silah saxlamaq hüququna malik şəxslər və Ovçular Birliyinin nümayəndələri ilə müvafiq iş aparılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi