Yuxarı

Ermənistanda silah anbarında partlayış baş verib

Ermənistanda silah anbarında partlayış baş verib
Hadisə Nubaraşendə yerləşən hərbi hissədə qeydə alınıb

Bakı. 28 sentyabr. REPORT.AZ/ Ermənistanda silah anbarında partlayış baş verib. 

"Report" “Jogovurd” qəzetinə istinadən xəbər verir ki, hadisə Nubaraşendə yerləşən hərbi hissədə qeydə alınıb. 

Qəzetin yazdığına görə, partlayış bir neçə gün əvvəl baş verib. Həlak olan və zərər çəkənlər yoxdur.

Qəzetin əməkdaşı "Partlayış niyə və hansı şəraitdə baş verib? Doğrudanmı bunu bilərəkdən törədiblər" sualları ilə Ermənistan Müdafiə Nazirliyinə müraciət edib. Amma nazirliyin mətbuat katibi Arçrun Ovannisyan partlayış faktını inkar edib. O bildirib ki, hərbi həssənin silah anbarında yangın baş verib. “Heç bir hərbi hissədə hər hansı silah anbarı partlamayıb. Qeyd olunan vaxtda əşya anbarında yanğın olub. Nəticədə heç kəs xəsarət almayıb. Ayrıntıları araşdırılır, xidməti araşdırma aparılır.”- deyə A.Ovanisyan bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi