Ermənistanda sığorta şirkətlərindən biri külli miqdarda vəsaiti vergidən yayındırıb

Ermənistanda sığorta şirkətlərindən biri külli miqdarda vəsaiti vergidən yayındırıb Bakı. 21 yanvar. REPORT.AZ/ Ermənistan Dövlət Gəlirləri Komitəsi (DGK) və Polis Xidmətinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi “Nairi İnsurance” şirkətində vergidən yayınma hallarını aşkar edib.
Region
21 Yanvar , 2019 12:47
Ermənistanda sığorta şirkətlərindən biri külli miqdarda vəsaiti vergidən yayındırıb

Bakı. 21 yanvar. REPORT.AZ/ Ermənistan Dövlət Gəlirləri Komitəsi (DGK) və Polis Xidmətinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi “Nairi İnsurance” şirkətində vergidən yayınma hallarını aşkar edib.

“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, DGK mətbuat xidmətinin yaydığı məlumata görə, 2016-2017-ci illərdə bağlanılan sığorta müqavilələri vasitəçilərin adına saxtalaşdırmaqla sığorta haqları rəsmiləşdirmək yolu ilə 200 milyon dramadək, yəni 400 min ABŞ dollarından artıq vəsait vergidən yayndırılıb.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində cinayət işi başlanıb, araşdırma aparılır.

Qeyd edək ki, sözügedən şirkətrin idarə heyəti üzvləri arasında sabiq dövlət başçısı Robert Köçəryanın oğlu Levon da var.

Son xəbərlər

Orphus sistemi