Ermənistanda Serj Sarqsyana qarşı cinayət işinin açılmasını tələb edirlər

Ermənistanda Serj Sarqsyana qarşı cinayət işinin açılmasını tələb edirlər Bakı. 9 aprel. REPORT.AZ/ Helsinki Vətəndaş Assambleyasının Ermənistandakı ofisinin rəhbəri Artur Sakunts ölkənin keçmiş prezidenti Serj Sarqsyana qarşı cinayət işinin açılması ilə bağlı baş prokurora və Milli Təhlükəsizlik Xidmətinin direktoruna müraciət edib.
Region
9 Aprel , 2018 16:10
Ermənistanda Serj Sarqsyana qarşı cinayət işinin açılmasını tələb edirlər

Bakı. 9 aprel. REPORT.AZ/ Helsinki Vətəndaş Assambleyasının Ermənistandakı ofisinin rəhbəri Artur Sakunts ölkənin keçmiş prezidenti Serj Sarqsyana qarşı cinayət işinin açılması ilə bağlı baş prokurora və Milli Təhlükəsizlik Xidmətinin direktoruna müraciət edib.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, o, sabiq dövlət başçısını 10 müxtəlif cinayətdə günahlandırıb. 

A.Sakunts deyib ki, 2008-ci il martın 1-də dinc mitinqçilərə qarşı qanunsuz olaraq silah tətbiq olunub və nəticədə Ermənistanın onlarla günahsız vətəndaşı qətlə yetirilib: “İndiyə qədər həmin qətllərə siyasi qiymət verilməyib və heç kim cinayət məsuliyyətinə cəlb olunmayıb”.

Assambleya sədri vurğulayıb ki, son 10 ildə Ermənistanın xarici borcu 1,5 milyard dollardan 7 milyard dollar çatıb. Bundan başqa, ölkə əhalisinin 30 faizi yoxsullaşıb: “Rəsmi məlumatlara əsasən, Ermənistanın  350 min vətəndaşı qayıtmamaq şərti ilə ölkədən birdəfəlik gedib. 

Korrupsiya ölkədə sistemləşib. 2008 və 2013-cü ildə keçirilən prezident, 2012 və 2017-ci illərdə baş tutan parlament seçkilərinin nəticələri saxtalaşdırılıb”.

O vurğulayıb ki, 2016-cı ilin aprel ayında Dağlıq Qarabağda Azərbaycan və Ermənistan orduları arasında baş verən döyüşlərdə xeyli sayda erməni hərbçisi ölüb. A.Sakunts bildirib ki, S.Sarqsyan prezident kimi həmin itkilərə görə məsuliyyət daşıyır: "Amma o, bu faktların heç birinin araşdırlmamasını təmin etməyib”. 

Son xəbərlər

Orphus sistemi