Yuxarı
    Bağlamaq

    Ermənistanda seçkiqabağı silahlı qarşıdurma olub, 3 nəfər yaralanıb

    Atəş açan şəxs Ermənistan polisi rəisinin müavini, general Levon Yeranosyanın qohumudur

    Bakı. 14 mart. REPORT.AZ/ Ermənistanın Armavir rayonunun Crarat kəndində deputatlığa namizədlərin tərəfdarları arasında qarşıdurma və atışma olub.

    “Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə “Ohanyan-Raffi-Oskanyan” (Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan, Ermənistan prezidentliyinə namizəd Raffi Ovanesyan, Ermənistanın keçmiş xarici işlər naziri Vartan Oskanyanın başçılığı altında yaradılan seçki bloku) blokunun təmsilçisi “Azadlıq” radiosunun erməni dilində olan redaksiyasına bildirib.

    Məlumata görə, kəndin gənc sakini Akop Melkonyana atəş açılıb, əmisini isə bıçaqlayıblar. Blokun təəssübkeşlərindən biri güllə yarası alıb. Daha 3 nəfərin yaralandığı haqqında məlumat yayılıb.

    Xəbərdə bildirilib ki, Crarat kəndi icması başçısının qardaşı Samvel Qalstyan tapançadan atəş açıb. O, Ermənistan polisi rəisinin müavini, general Levon Yeranosyanın qohumudur.

    Məlumatda vurğulanıb ki, martın 12-də Levon Yeranosyanın qardaşı Lernik Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanın tərəfdarlarına sarı “Makarov” tipli tapançadan havaya atəş açıb. Onu tərksilah etdikdən sonra əlbəyaxa dava düşüb. Rəis müavininin qardaşı yaralı vəziyyətdə hospitala yerləşdirilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi