Bakı. 1 mart. REPORT.AZ/ Ermənistanda parlament seçkisi ilə bağlı maraqların toqquşması tərəfdarın bıçaqlanmasına səbəb olub.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə polis bildirib.
İnformasiyaya əsasən, Ararat vilayətinin Sayat-Nova kəndinin Abram adlı sakini qarın boşluğundan bıçaqlanıb. Hadisə seçkiqabağı maraqların toqquşmasının nəticəsində baş verib.
Polis araşdırma aparır.