Ermənistanda saxta sənədlə Avropaya miqrant göndərən dəstə ifşa edilib

Ermənistanda saxta sənədlə Avropaya miqrant göndərən dəstə ifşa edilib Onlar hər ermənidən bu saxtakarlıq üçün 2000-3500 avro pul alırmışlar
Region
30 Dekabr , 2016 16:15
Ermənistanda saxta sənədlə Avropaya miqrant göndərən dəstə ifşa edilib

Bakı. 30 dekabr. REPORT.AZ/ Ermənistan Milli Təhlükəsizlik Xidməti qanunsuz yolla xaricə ölkə vətəndaşı daşıyan qrupu ifşa edib.

“Report” “News.am”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin məbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilib ki, 2016-cı ildə onlar Şengen müqaviləsinə üzv dövlətlərə Ermənistanın 200 vətəndaşını aparıb. Qruplaşma həmin ermənilərə saxta sənədlər, o cümlədən qaçqınlıqla bağlı dosye düzəldərək Şengen müqaviləsinə üzv dövlətlərin keçmiş sovet respublikalarındakı səfirliklərinə təqdim edirmişlər.

Məlumata görə, hər ermənidən bu saxtakarlıq üçün 2000-3500 avro pul alırmışlar.

Faktla bağlı 5 nəfərlik qrup üzvlərinə “qanunsuz miqrasiyanı təşkil etmək”, “rüşvət almaq”, “rüşvət vermək” və “rüşvət almaqda vasitəçilik etmək” maddələri əsasında cinayət işi açılıb. 

Son xəbərlər

Orphus sistemi