Ermənistanda saxta avro hazırlayan cinayətkar qruplaşma tutulub

Ermənistanda saxta avro hazırlayan cinayətkar qruplaşma tutulub Cinayətkar qruplaşmanın başqa üzvləri də axtarılır
Region
24 Sentyabr , 2016 09:46
Ermənistanda saxta avro hazırlayan cinayətkar qruplaşma tutulub

Bakı. 24 sentyabr. REPORT.AZ/ Ermənistan saxta əskinazlar hazırlayan qrup aşkarlanaraq həbs edilib.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

Xəbərdə bildirilib ki, cinayətkar qruplaşma saxta avro hazırlayaraq onu dövriyyəyə buraxmaq istəyib. Ancaq saxlanıldıqları üçün bunu edə bilməyiblər.

Məlumata görə, cinayət işi ilə bağlı 3 nəfər saxlanılıb. Cinayətkar qruplaşmanın başqa üzvləri də axtarılır. 

Son xəbərlər

Orphus sistemi