Ermənistanda rüşvətə görə həbs edilmiş ordu mayoru günahsız olmasında israrlıdır

Ermənistanda rüşvətə görə həbs edilmiş ordu mayoru günahsız olmasında israrlıdır Markaryanın vəkili məhkəmənin hökmünün ləğv olunması, müttəhimin bəraət alması və ya ona minimal cəza verilməsi tələbilə apelyasiya şikayəti verib
Region
5 Avqust , 2017 07:23
Ermənistanda rüşvətə görə həbs edilmiş ordu mayoru günahsız olmasında israrlıdır

Bakı. 5 avqust. REPORT.AZ/ Ermənistanda rüşvət ittihamı ilə azadlıqdan məhrum edilmiş Gümrü hərbi komissarlığının mayoru Artem Markaryan özünün gühansız olmasında israrlıdır.

"Report" xəbər verir ki, "News.am" məlumat yayıb.

Belə ki, mayorun vəkili A.Markaryan barədə məhkəmənin hökmünün ləğv olunması, müttəhimin bəraət alması və ya ona minimal cəza verilməsi tələbilə Apelyasiya Məhkəməsinə müraciət edib.

Qeyd edək ki, Gümrüdə yerli hərbi komissarlığın əməkdaşı ötən il həbs edilib. Bu, Ermənistan ordusunda son illər rast gəlinən növbəti hadisələrdən biridir.  

Son xəbərlər

Orphus sistemi