Yuxarı
    Bağlamaq

    ​Ermənistanda Rusiya əleyhinə etirazlar geniş vüsət almağa başlayıb

    Yerli əhali Rusiya hərbi bazalarının ölkədən çıxarılmasını tələb edir

    Bakı. 21 İyun. REPORT.AZ/ Ermənistanda üç gündür ki, Rusiya əleyhinə etiraz aksiyaları davam edir.

    "Report" xəbər verir ki, paytaxt İrəvan və ölkənin digər iri şəhərlərində ilkin olaraq elektrik enerjisi tariflərinin qaldırılmasına etiraz edən əhali, hazırda Rusiya əleyhinə digər şüarlar da səsləndirməyə başlayıblar.

    Şəhər meydanlarına toplaşan yerli əhali Rusiyanın Ermənistan ərazisində olan çoxsaylı sülhməramlı bazalarını "işğal" adlandırıblar. Ermənilər həmçinin Rusiyanın atom stansiyası, dəmir yolları, bir neçə elektrik stansiyası və digər strateji mühüm obyektlərə nəzarət etməsinin də "işğal" olduğunu hesab edirlər.

    Küçələrə çıxan insanlar əllərində "Biz erməniyik, öz ölkəmizin sahibi!" şüarının yazıldığı plakatlar tutublar.

    Hazırda İrəvanın Azadlıq meydanına bir neçə min insan toplaşıb. Paytaxta gedən yollar bağlanıb, polis postları quraşdırılıb və insanlar paytaxta buraxılmırlar.

    Etirazçılar iyunun 22-də tariflərin azaldılması, rusların nəzarətində olan müəssisələrin milliləşdirilməsi və Rusiya qoşunlarının Ermənistandan çıxarılması tələbi ilə prezident iqamətgahına doğru irəliləyəcəklər.

    Qeyd edək ki, Ermənistanda elektrik şəbəkələri Rusiyaya məxsus şirkətlərin nəzarətindədir. Elektrik enerjisi qiymətləri son 2,5 il ərzində artıq üçüncü dəfədir ki, qaldırılır. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi