Yuxarı

​Ermənistanda referendumun nəticələrinin ləğvi tələbi ilə mitinq keçiriləcək

Aksiya dekabrın 1-də başlayıb

Bakı. 7 dekabr. REPORT.AZ/ Ermənistanda konstitusiya islahatı referendumunun nəticələrinin ləğv edilməsi tələbi ilə paytaxt Yerevanda mitinq keçiriləcək.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu "Yeni Ermənistan" Hərəkatının və etiraz aksiyasının təşkilatçılarından biri Jirayr Sefilyan bildirib.

Məlumata görə, etiraz aksiyası bu gün saat 16.00-da Yerevanın "Azadlıq" meydanında keçiriləcək.

Qeyd edək ki, dekabrın 6-da Ermənistanda konstitusiya islahatına dair referendum keçirilib. Mərkəzi Seçki Komissiyasının yaydığı məlumata görə, referendumda iştirak edənlərin 63,35 faizi konstitusiya islahatı layihəsinin lehinə səs verib.

Dəyişikliklərə əsasən, Ermənistanda prezident 7 il müddətinə seçiləcək. Dövlət başçısını parlament seçəcək. Ötən gecə müxalifət Yeveranın "Azadlıq" meydanında etiraz aksiyasını davam etdirib. Aksiya dekbarın 1-də başlayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi