Bakı. 21 may. REPORT.AZ/ Ermənistanın Sünik vilayət qubernatoru Surik Xaçatryanın avtomobili naməlum şəxslər tərəfindən atəşə tutulub.
"Report" "İnterfax"a istinadən xəbər verir ki, hücum nəticəsində zərər çəkən olmayıb.
Qubernator özü sürücü və köməkçisi ilə maşında olub.
Hüquq mühafizəçiləri insidenti qubernatorun həyatına sui-qəsd kimi qiymətləndiriblər.