Ermənistanda qubernatorlar arasında istefa dalğası gözlənilir

Ermənistanda qubernatorlar arasında istefa dalğası gözlənilir Ermənistanın bütün vilayət administrasiyalarının başçıları sabah prezident iqamətgahına çağırılıblar
Region
10 Oktyabr , 2016 15:20
Ermənistanda qubernatorlar arasında istefa dalğası gözlənilir

Bakı. 10 oktybar. REPORT.AZ/ Ermənistanda qubernatorlar arasında istefa dalğası gözlənilir.

"Report" xəbər verir ki, bu barədə yerli "Aykakan jamanak" qəzeti yazıb.

Nəşrin məlumatına görə, vilayət administrasiyalarının bütün başçıları sabah prezident iqamətgahına çağırılıblar. Söhbətin əsas mövzusu siyasi dairələrdə müzakirə edilən onların bəzilərinin istefası olacaq.

"Ararat vilayətinin qubernatoru Rubik Abramyanın, Armavir vilayətinin qubernatoru Aşot Qəhrəmanyanın, Lori vilayətinin qubernatoru Arthur Nalbandyanın adları daha çox çəkilir" - müəllif məqalədə yazıb.

Hazırda Ararat vilayətinin qubernatoru Rubik Abramyanın istefaya göndəriləcəyi ilə bağlı birmənalı fikirlər səslənir. Ermənistanın Respublikaçılar Partiyasından yayılan məlumata əsasən, onu ölkənin keçmiş təbiəti mühafizə naziri Aramais Qriqoryan əvəzləyəcək.

Son xəbərlər

Orphus sistemi