Ermənistanda qubernator köməkçilərinin sayı azaldılacaq

Ermənistanda qubernator köməkçilərinin sayı azaldılacaq "Jamanak": Qubernator köməkçilərinin sayı Robert Koçaryanın prezidentliyi dövründə kəskin şəkildə artıb
Region
5 Fevral , 2019 12:07
Ermənistanda qubernator köməkçilərinin sayı azaldılacaq
0 : 00
0 : 00

Bakı. 5 fevral. REPORT.AZ/ Ermənistan hökuməti vilayət administrasiyalarının əməkdaşlarının sayını azaltmaq niyyətindədir.

"Report" "Jamanak" qəzetinə istinadən xəbər verir ki, təkcə orta səviyyəli işçilərin yox, həm də qubernator köməkçilərinin sayının azaldılması qərara alınıb. Başqa sözlə, qubernatorların bundan sonra indiki kimi 3 yox, yalnız 1 yardımçısı olacaq.

Nəşr xatırladır ki, qubernator köməkçilərinin sayı Robert Koçaryanın prezidentliyi dövründə, Daşnaksütun Partiyası və Orinats Yerkir Partiyasının simasında koalisiya tərəfdaşlarına müvafiq portfellər verilməli olduğu dövrdə kəskin şəkildə artıb. 

Son xəbərlər

Orphus sistemi