Yuxarı
    Bağlamaq

    ​Ermənistanda qrip epidemiyaya çevrilib

    Hazırda xəstəxanalarda müxtəlif viruslara yoluxmuş 662 nəfər yerləşdirilib

    Bakı. 11 yanvar. REPORT.AZ/ Gürcüstan vətəndaşı Ermənistanda Mikaelyan adına Cərrahiyyə İnstitutunda qripdən ölüb.

    "Report" xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.

    Məlumata görə, o, əvvəlcə Ermənistanın Gümrü şəhər xəstəxanasına yerləşdirilib, bir müddət sonra adıçəkilən instituta köçürülüb.

    Rəsmi mənbələrin məlumatına görə, bu hadisə nəzərə alınmazsa, Ermənistanda tənəffüs yollarının yoluxucu virusuna yoluxmuş 3 xəstənin halı ağırlaşıb.

    Qeyd edək ki, Ermənistanda "H1N1" ("Donuz qripi") virusu ilə bağlı altıncı ölüm faktı qeydə alınıb.

    İnformasiyaya əsasən, qrip epidemiya halını alıb.

    Anait Aytayan onu da qeyd edib ki, hazırda xəstəxanalara müxtəlif viruslara yoluxmuş 662 nəfər yerləşdirilib. Onlardan 219-na pnevmaniya diaqnozu qoyulub. Vəziyyəti ağır olan 83 nəfər reanimasiya şöbələrindədir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi