Yuxarı

Ermənistanda qazdoldurma stansiyasında partlayış olub, xəsarət alanlar var

Partlayışın səbəbləri hələlik məlum deyil

Bakı. 5 avqust. REPORT.AZ/ Bu gün Ermənistanın Gümrü şəhərində yerləşən qazdoldurma stansiyalarından birində partlayış baş verib.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

FHN-dən bildirilib ki, hadisə nəticəsində 2 nəfər xəsarət alıb və onlar Gümrüdəki tibb mərkəzinə yerləşdiriliblər.

Hadisə yerinə regional böhran idarəetmə mərkəzinin əməliyyat qrupu yönləndirilib.

Partlayışın səbəbləri hələlik məlum deyil.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi