Yuxarı

Ermənistanda qarayara xəstəliyi aşkarlanıb

​Ermənistanda qarayara xəstəliyi aşkarlanıb

Ermənistanın Geğarkunik vilayətinin Qexovit kəndində qarayara və ya başqa adıyla - Sibir yarası xəstəliyi aşkarlanıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin açıqlamasında bildirilib.

Məlumata görə, Qexovit kəndinin iki sakini qarayaranın dəri forması əlamətləri ilə Martunidəki xəstəxanaya müraciət edib, ardından isə qarayaranın dəri formasının simptomları daha 6 kənd sakinində aşkarlanıb.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, Xəstəliklərə Nəzarət və Onların Qarşısının Alınması üzrə Milli Mərkəzin mütəxəssisləri kəndə gedərək polimeraz zəncirvari reaksiyasından istifadə edərək 5 nəfərdə Sibir yarasının DNT-sini aşkar edib və onları kliniki vəziyyətlərini dəyərləndirmək üçün Yerevandakı yoluxucu xəstəliklər xəstəxanasına göndəriblər.

Kənd tibbi nəzarətə götürülüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi