​Ermənistanda qadınlar etiraz aksiyası keçirib

​Ermənistanda qadınlar etiraz aksiyası keçirib Bugünkü yürüş 16 gün keçirilməsi nəzərdə tutulan aksiyanın birincisidir
Region
25 Noyabr , 2015 19:45
​Ermənistanda qadınlar etiraz aksiyası keçirib

Bakı. 25 noyabr. REPORT.AZ/ Yerevanda məişət zorakılığı əleyhinə qanun qəbul edilməməsinə qarşı etiraz aksiyası keçirilib.

"Report" xəbər verir ki, bu haqda ölkə KİV-i məlumat yayıb.

Məlumata görə, bu il oktyabrın 25-də qadın haqlarını müdafiə edən ictimai təşkilatlar "Məişət zorakılğı" haqda qanunun qəbul edilməsi ilə bağlı hökumətə müraciət ediblər. Onlara qanun layihəsi üzərində işlərin davam etdiyi bildirilib.

Etiraz aksiyasının iştirakçıları Nazirlər Kabinetinin binasına doğru yürüş edərək problemə dair bəyaniyyələr paylayıblar. Yürüşçülər Ermənistanın baş naziri Ovik Abramyana və ədliyyə naziri Arpina Ovanisyana məktub göndəriblər. Həmin məktubda qadınların haqlarının müdafiəsi ilə bağlı qanun layihəsinin hazırlanması üçün ekspertlərin cəlb edilməsi istənilib.

Yürüş iştirakçıları əllərində "Məişət zorakılığına qarşı birgə mübarizə aparaq!", "Dünya ailələrinə dinc yaşayış!", "Laqeydlik insan həyatına başa gələ bilər!", "Zorakılıqdan zorakılıq doğar!" kimi şüarlar yazılmış plakatlar tutublar.

Xəbərdə bildirilib ki, bugünkü yürüş 16 gün keçirilməsi nəzərdə tutulan aksiyanın birincisidir

Məlumata görə, son 10 ayda Ermənistanda 645 məişət zorakılığı hadisəsi qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi