​Ermənistanda qadın zorakılığına qarşı etiraz aksiyası keçirilib

​Ermənistanda qadın zorakılığına qarşı etiraz aksiyası keçirilib Cari ilin ilk 6 ayında məişət zorakılığı nəticəsində 8 qadın ölüb
Region
1 Oktyabr , 2015 20:37
​Ermənistanda qadın zorakılığına qarşı etiraz aksiyası keçirilib

Bakı. 1 oktyabr. REPORT.AZ/ Ermənistanda son 5 ildə baş verən məişət zorakılığı nəticəsində 30 qadın ölüb, 45 uşaq anasız qalıb.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, "Qadınlar üzərində zorakılığa qarşı koalisiyası" İctimai Təşkilatı 2010-cu ildən hər il oktyabrın 1-ni məişət zorakılığına qarşı gün kimi qeyd edir. 5 il öncə həmin gün 20 yaşlı Zarui Petrosyan əri tərəfindən qəddarcasına döyülərək ölüb.

Xəbərdə bildirilib ki, koalisiya üzvləri Yerevanda Respublika meydanında, hökumət binası qarşısında aksiya keçiriblər. Onlar "Məişət zorakılığı haqda" qanunun qəbul olunmasını tələb ediblər.

Etiraz aksiyası keçirilən küçənin o biri hissəsində isə Ermənistanın müxtəlif şəhər və kəndlərində məişət zorakılığının qurbanı olmuş qadınların ayaqqabıları nümayiş etdirilib.

Məlumata görə, cari ilin ilk 6 ayında məişət zorakılığı nəticəsində 8 qadın ölüb. Bu əsasda baş verən hadisələrlə bağlı ictimai təşkilatlar bir ildə 2 min zəng qeydə alıb. 2015-ci ilin ilk 6 ayında polis bununla bağlı 447 zəng qeyd aldığını bildirsə də, koalisiya onların sayının 742 olduğunu bəyan edib.

Aksiyadakı plakatların mətni belə olub: "Zorakılığa laqeyd olmayın. Sizin susqunluğunuz ölümə bərabər ola bilər!".

Son xəbərlər

Orphus sistemi