Ermənistanda psixoloqu öldürən şəxs saxlanılıb

Ermənistanda psixoloqu öldürən şəxs saxlanılıb Növbəti dəfə prixoloqun qəbuluna gələn Ambartsumyan kağız kəsmək üçün istifadə edilən bıçaqla ona bir neçə zərbə endirib
Region
21 İyul , 2017 15:20
Ermənistanda psixoloqu öldürən şəxs saxlanılıb

Bakı. 21 iyul. REPORT.AZ/ Ermənistan hüquq-mühafizə orqanları AYQ (АЙГ) Psixoloji Xidmət Mərkəzinin direktoru Ruben Poqosyanı öldürməkdə şübhəli bilinən şəxsi saxlayıb.

"Report" "Sputnik-Армения"ya istinadən xəbər verir ki, saxlanılan şəxs onun pasiyenti olmuş 1983-cü il təvəllüdlü A.Ambartsumyandır. 

Qeyd edək ki, iyulun 17-də AYQ Psixoloji Xidmət Mərkəzinin direktoru Ruben Poqosyan kəsilmiş-deşilmiş yaralar və güclü qanaxma ilə xəstəxanaya çatdırılıb. Həkimlər onun həyatını xilas edə bilməyiblər. İyulun 19-da R.Poqosyan vəfat edib.

İstintaqın ehtimallarına görə, növbəti dəfə psixoloqun qəbuluna gələn A.Ambartsumyan AYQ mərkəzinin bağçasında R.Poqosyana kağız kəsmək üçün istifadə edilən bıçaqla bir neçə zərbə endirib. 

Son xəbərlər

Orphus sistemi