Ermənistanda psixiatriya xəstəxanasına basqın olub

Ermənistanda psixiatriya xəstəxanasına basqın olub Basqınçılar hadisə yerindən qaçıb gizləniblər
Region
7 Dekabr , 2016 09:36
Ermənistanda psixiatriya xəstəxanasına basqın olub

Bakı. 7 dekabr. REPORT.AZ/ Yerevanın Nubaraşen rayonunda psixiatriya xəstəxanasına basqın olub.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, naməlum şəxs və ya şəxslər xəstəxananın direktorunun kabinetinin qapısını sındıraraq, otağa daxil olublar. 

İnformasiyaya görə, onlar otaqda pul axtarıblar, amma tapa bilməyiblər. Xəstəxanaya basqın edənlər hadisə yerindən qaçaraq, gizləniblər.

Faktla bağlı araşdırma aparılır.

Cinayəti törədənlərin şəxsiyyətinin müəyyənləşdirilməsi və tutulması istiqamətində tədbirlər görülür.  

Son xəbərlər

Orphus sistemi