Yuxarı

Ermənistanda polislə toqquşma zamanı 13 nəfər xəsarət alıb

​Ermənistanda polislə toqquşma zamanı 13 nəfər xəsarət alıb

Ermənistanda polislə toqquşma zamanı 13 nəfər xəsarət alıb.

"Report" RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyan bildirib. 

Qeyd edilir ki, toqquşma Yerevandan 130 kilometr məsafədə, İcevan şəhəri yaxınlığında baş verib. Etirazçılar Gürcüstana gedən avtomobil yolunu kəsiblər və onlara meşələrdə odunları tədarük etməyə icazə verməyi tələb ediblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları yolu açmağa çalışıblar. Bu zaman etirazçılarla polis əməkdaşları arasında toqquşma başlayıb. Aksiyaçılar polisləri daşa basıblar, asayiş keşikçiləri geri çəkiliblər.

"İcevan şəhərinin tibbi mərkəzinə toqquşmalar nəticəsində xəsarət alan 13 nəfər çatdırılıb. Zərər çəkənlər lazımi müayinədən keçirlər. Onlar həkim nəzarəti altındadırlar", - deyə Nikoqosyan özünün "facebook"dakı səhifəsində yazıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi