Yuxarı

Ermənistanda polis rəislərinin işdən kütləvi azad edilmələrinin səbəbi məlum olub

Daxili İşlər Nazirliyinin Pasport Qeydiyyatı İdarəsinin bütün əməkdaşları işdən azad ediliblər

Bakı. 3 mart. REPORT.AZ/ Ermənistanda polis rəisləri cinayətkar aləmin tanınmış üzvləri ilə əlaqə saxladıqları üçün tutduqları vəzifədən azad ediliblər.

"Report" xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.

"Polis rəislərinin tutduqları vəzifədən azad edilmələrinə səbəb cinayətkar aləmin tanınmış üzvlərindən olan Tevos Safaryanla (Tevosik) birlikdə deputatlardan birinin ad günündə iştirak etmələridir. Başqa sözlə, polis cinayətkar aləmin tanınmış üzvü ilə əlaqə saxlayarsa, o, vəzifə borcunu qanunun tələbləri səviyyəsində yerinə yetirə bilməz", - erməni KİV-i vurğulayıb.

Qeyd edək ki, ötən gün Ermənistanın 4 bölgəsinin polis rəisi, eləcə də DİN-in Pasport Qeydiyyatı İdarəsinin bütün əməkdaşları işdən azad ediliblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi