Ermənistanda polis rəisi böyük məbləğdə pulu mənimsədiyi üçün həbs olunub

Ermənistanda polis rəisi böyük məbləğdə pulu mənimsədiyi üçün həbs olunub Keçmiş polis rəisi etibardan sui-istifadə edərək, pulları mənimsəyib, sənədi isə verməyib
Region
15 May , 2017 19:13
Ermənistanda polis rəisi böyük məbləğdə pulu mənimsədiyi üçün həbs olunub

Bakı. 15 may. REPORT.AZ/ Ermənistanın Gümrü şəhəri Muş rayonu polis idarəsinin rəisi A.V. böyük məbləğdə pulu mənimsəmək, səlahiyyətindən sui-istifadə etmək və etimaddan sui-istifadə maddələri üzrə ittiham olunaraq həbs edilib.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin İstintaq İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, A.Q. adlı Ermənistan vətəndaşı hərbi biletini bərpa etmək məqsədi ilə Müdafiə Nazirliyinin hərbi kpomissarlığına müraciət edib. Komissarlıqd sənədin verilməsini gecikdirərək, polis rəisinin iştirakı ilə ondan rüşəvət verməsin eyham ediblər. Polis rəisi həmin vətəndaşa qısa müddətə yeni pasport verəcəyini vəd edədərək, bir neçə dəfə ondan 300 dollar alıb. Keçmiş polis rəisi etibardan sui-istifadə edərək, pulları mənimsəyib, sənədi isə verməyib.

Keçmiş rəis barəsində həbs qətiimkan tədbiri seçilib.

Son xəbərlər

Orphus sistemi