Ermənistanda polis əməkdaşı saxta rus rublunu dəyişməyə cəhd edib

Ermənistanda polis əməkdaşı saxta rus rublunu dəyişməyə cəhd edib Ekspertiza nəticəsində əsginazların rəngli printer vasitəsilə hazırlandığı məlum olub
Region
4 Avqust , 2017 17:00
Ermənistanda polis əməkdaşı saxta rus rublunu dəyişməyə cəhd edib

Bakı. 4 avqust. REPORT.AZ/ Ermənistan Xüsusi İstintaq Xidməti vəzifəli şəxsin saxta pulları dəyişməyə cəhd göstərməsi faktı üzrə araşdırma aparır.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, işin materialları polisin daxili təhlükəsizlik idarəsi tərəfindən hazırlanıb.

Armavir şəhərinin polis bölməsinin əməkdaşı 2016-cı il dekabrın 24-də valyutadəyişmə məntəqələrindən birinə gələrək 5 min rus rublunu dəyişməyə çalışıb. Amma məntəqənin əməkdaşı əsginazların saxta olduğunu müəyyən etdikdən sonra mübadilədən imtina edib. Baş verənlərlə bağlı ekspertiza təyin edilib. Ekspertiza nəticəsində əsginazların rəngli printer vasitəsilə hazırlandığı məlum olub.

Son xəbərlər

Orphus sistemi