Yuxarı
    Bağlamaq

    ​Ermənistanda polis aksiya iştirakçılarına ultimatum verib

    Polis: Saat 10.00-dan sonra dağılışın

    Bakı. 24 iyun. REPORT.AZ/ Ermənistan polisi paytaxt Yerevanda keçirilən etiraz aksiyası iştirakçılarına Bakı vaxtı ilə saat 11.00-a qədər dağılışmaları haqda ultimatum verib.

    "Report" xəbər verir ki, bu haqda Ermənitsan KİV-i məlumat yayıb. 

    Yerevan polisinin rəisi Aşot Karapetyan bildirib ki, həmin müddətdə aksiyaçılar dağılışmasalar, tədbir görüləcək. Polis rəisi görüləcək tədbirlər haqda məlumat verməsə də, yolun açılması üçün Ermənistan parlamentinin deputatlarının nümayişçilərlə danışıqıar apardığının söyləyib.

    Məlumata görə, Ermənistanın tanınmış iş adamı Xaçatur Sukiasyan və deputat Aleksandr Arzumanyan etirazçılarla söhbətlərində yeni taktika təklif etməklə yanaşı, onları hakimiyyətlə danışığa getməyə çağırıblar.

    Ermənistanda elektrik enerjisinin bahalaşmasına qarşı iyunun 19-dan etiraz aksiyaları keçirilir. Müxtəlif şəhər və rayonlarda minlərlə insan küçələrə çıxaraq hökumətin qərarına etirazı bildirir. İyunun 23-də səhər saatlarında polis paytaxt Yerevanda keçirilən aksiyanı zorakılıqla dağıdıb və 237 aksiya iştirakçı həbs olunub. Onlara qarşı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi açılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi