​Ermənistanda parlament seçkilərinin keçirilməsi vaxtı açıqlanıb

​Ermənistanda parlament seçkilərinin keçirilməsi vaxtı açıqlanıb İndiki deputatların səlahiyyət müddəti 2017-ci il mayın 31-də başa çatır
Region
9 Mart , 2016 17:45
​Ermənistanda parlament seçkilərinin keçirilməsi vaxtı açıqlanıb

Bakı. 9 mart. REPORT.AZ/ Ermənistanda növbəti parlament seçkiləri 2017-ci il aprelin 1-10 tarixləri arasında keçiriləcək.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu yerli hökumətin sözçüsü, nazir David Arutyunyan parlamentə 6-cı çağırış seçkilərinin keçirilməsi, yeni Seçki Məcəlləsi layihəsi və konstitusiya normalarından danışarkən bildirib.

Onun sözlərinə görə, martın 3-də Ermənistan hökumətinin qəbul etdiyi Seçki Məcəlləsinə əsasən, yeni parlamentə seçkilər mövcud məclisin səlahiyyət müddətinin başa çatmasına 50 gün qalmış keçirilməlidir. İndiki deputatların isə səlahiyyət müddəti 2017-ci il mayın 31-də başa çatır. 

Son xəbərlər

Orphus sistemi