Yuxarı

KİV: Ermənistanda parlament seçkilərində seçicilərin ələ alınması üçün verilən rüşvət 100 dollara çatacaq

KİV: Ermənistanda parlament seçkilərində seçicilərin ələ alınması üçün verilən rüşvət 100 dollara çatacaq
“Joqovurd”: Hakim Ermənistan Respublikaçılar Partiyası seçkidə saxtakarlıq etməyə hazırlaşır

Bakı. 31 yanvar. REPORT.AZ/ Ermənistanda qarşıdan gələn parlament seçkilərində hər bir seçicinin ələ alınması üçün verilən rüşvət 100 dollara çatacaq.

“Report” xəbər verir ki, bunu Ermənistanda çıxan “Joqovurd” (“Xalq”) qəzeti yazıb.

Nəşrin yazdığına əsasən, seçkiqabağı dövrdə Ermənistan sakinlərinə çoxsaylı rüşvət təklifləri edilməyə başlanıb. Qəzet redaksiyasına bu məsələ ilə bağlı çoxsaylı məlumatlar daxil olur. 

Xəbərdə bildirilib ki, hakim Ermənistan Respublikaçılar Partiyası seçkidə saxtakarlıqlar etməyə hazırlaşır: “Ötən seçkidə hər seçiciyə 5-10 min dram rüşvət (təqribən 1-2 dollar – “Report”) verilirdisə, bu keçiriləck eyni siyasi kampaniyada səsləri almaq üçün seçicilərə 100 dollar məbləğində rüşvət təklif ediləcək”.

Qeyd edək ki, bu il aprelin 2-də Ermənistanda parlament seçkiləri keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi