Yuxarı
    Bağlamaq

    Ermənistanda parlament seçkiləri ilə bağlı 6 cinayət işi açılıb, 1 nəfər həbs edilib

    Baş Prokurorluq seçki pozuntularına dair 1594 qanun pozuntusunu araşdırdığı haqqında məlumat yayıb© Courtesy İmage

    Bakı. 3 aprel. REPORT.AZ/ Ermənistan parlamentinə keçirilən seçkilərdə törədilən qanun pozuntuları faktı üzrə 6 cinayət işi açılıb, bir nəfər həbs olunub.

    “Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkə İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

    Xəbərdə bildirilib ki, cinayət işinin 3-ü Yerevanda, 3-ü isə ölkənin əyalətlərində açılıb.

    Qeyd edək ki, aprelin 2-də Ermənistan parlamentinə seçkilər keçirilib. Ölkə Baş Prokurorluğunun İşçi Qrupu ötən gün seçki başa çatdıqdan sonra yerli vaxtla saat 20:00-dək seçki pozuntularına dair 1594 qanun pozuntusunu araşdırdığı haqqında məlumat yayıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi