Yuxarı

​Ermənistanda ömürlük məhbuslar aclıq aksiyasına başlayır

Onlar cinayət işlərinin yüngülləşdirilməsi ilə bağlı müraciətlərinə cavab gözləməkdən bezdiklərini bildirib

Bakı. 11 sentyabr. REPORT.AZ/ Ermənistanda ömürlük həbs cəzası alan məhbuslar aclıq aksiyası keçirəcək.

"Report" xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.

Xəbərə görə, ömürlük həbs cəzası alan və Nubaraşen həbsxanasında cəza çəkən məhbusların aksiyası sentyabrın 15-dən başlayacaq.

Məlumatda bildirilib ki, məhbuslar cinayət işləri ilə bağlı etdikləri müraciətə cavab gözləməkdən bezdikləri üçün etiraz aksiyası keçirməyə məcbur olublar.

Onlardan biri 20 ildən artıqdır həbsxanada yatır. Məhbusun vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı etdiyi müraciətə hələ də cavab verilməyib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi