KİV: Ermənistan əhalisinin sayı kəskin azalıb

KİV: Ermənistan əhalisinin sayı kəskin azalıb Ermənistanın daimi əhalisinin sayı bu ilin son 6 ayında 3 min 500 nəfər azalıb.
Region
6 Avqust , 2019 13:24
KİV: Ermənistan əhalisinin sayı kəskin azalıb

Ermənistanın daimi əhalisinin sayı bu ilin son 6 ayında 3 min 500 nəfər azalıb.

“Report” “Joxovurd”a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, bu ilin iyun ayında Ermənistanın əhalisinin sayı 2 milyon 961 min 600 nəfər olub. Ötən ilin uyğun dövrü ilə müqayisədə ölkə əhalisinin sayı 8 min 200 nəfər azalıb. Əsasən, vilayətlərin şəhər və kəndlərinin daimi əhalisinin sayında azalma müşahidə edilib. Bu göstərici Şirak vilayətində daha çox olub. Ötən illə müqayisədə vilayətdə əhalinin sayı 2 min 200 nəfər azalıb.

Məlumata görə, cari ilin ilk 6 ayında yeni doğulanların sayı da azalaraq 16 min 111 nəfər olub. Ötən ilin uyğun dövründə bu rəqəm 16 min 261 nəfər, 2017-ci ildə isə 17 min 171 nəfər təşkil edib.

2019-ci ilin ilin 1-dək ölənlərin sayı, ötən ilin uyğun dövrü ilə müqayisədə 572 nəfər artıb. 

Son xəbərlər

Orphus sistemi