Yuxarı
    Bağlamaq

    Ermənistanda nikaha daxil olanların sayı azalıb, cinayətlərin sayı artıb

    Bu ilin 9 ayında Ermənistanda 14237 cinayət hadisəsi qeydə alınıb

    Bakı. 8 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr aylarında Ermənistanda rəsmi qaydada nikaha daxil olanların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 8 faiz azalıb.

    “Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkənin Milli Statistika Xidməti məlumat yayıb.

    Qurumun informasiyasına görə, 2016-cı ilin ilk 9 ayı ərzində Ermənistanda 12088 nikah qeydə alınıb.

    Doqquz ayda boşananların sayı isə 2682 olub. Bu sahədə isə 4,2 faiz azalma müşahidə edilib.

    Hesabat dövründə Ermənistanda 14237 cinayət hadisəsi qeydə alınıb. Bu müddətdə 59 qətl, 26 qətlə cəhd, 859 qəsdən sağlamlığa ziyan vurma, 19 zorlama və ya ona cəhd, 97 seksual xarakterli cinayət hadisəsi baş verib. 

    Ermənistan Milli Statistika Xidmətinin məlumatına görə, 2015-ci ilin uyğun dövrü ilə müqayisədə 20 qətl hadisəsi, 3 qətlə cəhd, 7 zorlama və ya ona cəhd cinayətinin sayı artıb. Ötən il Ermənistanda 12827 cinayət hadisəsi qeydə alınıb. Bununla da ötən illə müqayisədə ölkədə baş verən cinayət hadisələrinin sayı artıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi