Ermənistanda nazirlik ləğv olunub

Ermənistanda nazirlik ləğv olunub Dəyişikliklər Ermənistanın yeni baş naziri Karen Karapetyan tərəfindən hökumətdə başladılan islahatlar çərçivəsində həyata keçirilir
Region
13 Oktyabr , 2016 14:30
Ermənistanda nazirlik ləğv olunub

Bakı. 13 oktyabr. REPORT.AZ/ Ermənistanda bütöv bir nazirlik ləğv edilib.

"Report" "News.am" portalına istinadən xəbər verir ki, Ermənistanın Şəhərsalma Nazirliyi Şəhərsalma üzrə Dövlət Komitəsinə çevrilib.

Bu barədə qərar hökumətin oktyabrın 13-də keçirilən iclasında qəbul edilib.

Dəyişikliklər Ermənistanın yeni baş naziri Karen Karapetyan tərəfindən hökumətdə başladılan islahatlar çərçivəsində həyata keçirilir.

Vəzifədən alınan şəhərsalma naziri Narek Sarkisyan bildirib ki, nazirliyin ləğvi ilə komitədə ştat yerlərinin sayı xeyli az olacaq.

Son xəbərlər

Orphus sistemi