​Ermənistanda "Nairit" zavodunun keçmiş işçiləri etraz aksiyası keçirib

​Ermənistanda "Nairit" zavodunun keçmiş işçiləri etraz aksiyası keçirib Onlar baş nazir və ya energetika naziri ilə görüşməyi tələb ediblər
Region
17 Sentyabr , 2015 19:38
​Ermənistanda Nairit zavodunun keçmiş işçiləri etraz aksiyası keçirib

Bakı. 17 sentyabr. REPORT.AZ/ Ermənistan hökuməti binasının qarşısında "Nairit" kimya zavodunun keçmiş işçiləri etiraz aksiyası keçiriblər.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, onlar zavodun yenidən işə düşməsini tələb ediblər.

Zavodun keçmiş mətbuat katibi Anuş Arutyunyan baş nazir və ya energetika naziri ilə görüşmək istədiklərini bildirib: "Biz əmək haqlarımızın ödənilməsi uğrunda mübarizə apardığımız kimi zavodun yenidən işə düşməsini də küçədə tələb edəcəyik. Biz zavodun boş yerə dayanmasına dözə bilmərik".

Xatırladaq ki, bu ilin əvvəlindən "Nairit" zavodunun işçiləri Ermənistan prezidentinin iqamətgahının qarşısı da daxil olmaqla, Yerevanda bir neçə dəfə etiraz aksiyası keçiriblər. Əvvəllər onlar ödənilməyən əmək haqlarının verilməsini tələb edirdi. İşçilərə ödənilməli olan 18 aylıq əmək haqqı borcu 15 milyon dollar idi.

Bu zavod Ermənistanın strateji müəssisələrindən sayılır. Zavodun sahibi "Rhiniville Property Limited" şirkətidir. "Nairit" xloropren kauçuk istehsal edir.

2014-cü ilin əvvəlində Ermənistan hökuməti zavodu qoruyub saxlamaq üçün Rusiyanın “Rosneft” şirkəti ilə danışıqlar aparıldığını bəyan etmişdi. Ancaq 2014-cü ilin sentyabrında Ermənistanın energetika naziri “Rosneft”in zavoda sərmayə qoymaq planlarından xəbərsiz olduğunu deyib.

Son xəbərlər

Orphus sistemi