Yuxarı

Ermənistanda müxalifət lideri saxlanılıb

Ermənistanda müxalifət lideri saxlanılıb

Bakı. 22 aprel. REPORT.AZ/ Ermənistanda aksiyalara rəhbərlik edən müxalifətçi deputat Nikol Paşinyan polis tərəfindən saxlanılıb.

"Report" xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Bildirilir ki, müxalifətin aksiyası Erebuni rayonunda dayandırılıb. Polis aksiyaçıları əhatəyə alıb və Paşinyanı kütlənin içindən çıxararaq aparıb.

Qeyd edək ki, bu gün Nikol Paşinyanın Serj Sarqsyanla görüşü uğursuz başa çatıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi