Yuxarı

​Ermənistanda mülki aviasiyadan istifadə edənlərin sayı azalıb

Bu il ölkəyə gələn və gedənlərin sayında 11 min 536 nəfər fərq var

Bakı. 5 mart. REPORT.AZ/ Ermənistanın "Zvartnots" və "Şirak" hava limanı 2015-ci ilin yanvar-fevral aylarında 234 min 792 sərnişinə xidmət edib ki, bu da ötən ilin uyğun dövrünün göstəricisindən 95 min nəfər azdır.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkənin Mülki Aviasiya Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilib ki, 2014-cü ilin ilk iki ayında Ermənistandan 123 126 nəfər gedib, bu il isə həmin dövrdə ölkədən təyyarə ilə çıxanların sayı 123 min 403 nəfər olub. Keçən il ölkəyə 111 min 484 nəfər, bu ilin yanvar -fevral aylarında isə 111 min 628 nəfər gəlib.

Bu il ölkəyə təyyarə ilə gələn və gedənlərin sayında 11 min 536 nəfər fərq var. 2014-cü ildə isə bu göstərici 11 min 919 nəfər təşkil edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi