Ermənistanda müdafiə nazirinin keçmiş müavininin yenidən həbsi tələb edilir

Ermənistanda müdafiə nazirinin keçmiş müavininin yenidən həbsi tələb edilir Bakı. 11 yanvar. REPORT.AZ/ Ermənistanda müdafiə nazirinin keçmiş müavini Manvel Qriqoryanın girov qarşılığında zaminə buraxılmasına qarşı Eçmiadzin şəhərində etiraz aksiysı keçirilib.
Region
11 Yanvar , 2019 17:58
Ermənistanda müdafiə nazirinin keçmiş müavininin yenidən həbsi tələb edilir
1in.am

Bakı. 11 yanvar. REPORT.AZ/ Ermənistanda müdafiə nazirinin keçmiş müavini Manvel Qriqoryanın girov qarşılığında zaminə buraxılmasına qarşı Eçmiadzin şəhərində etiraz aksiysı keçirilib.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, onlar aksiyanı yanvarın 11-i saat 16:00-da ölkənin Apellyasiya Məhkəməsinin binası qarşısında keçirməyə çağırıb.

“Aksiya məhkəmə binasının qarşısında olacaq. Biz Manvel Qriqoryana qarşı həbs qətimkan tədbirinin seçilməsini tələb edəcəyik”, - Civan Abramyan adlı aksiya iştirakçısı bildirib.

Qeyd edək ki, dekabrın 21-də Manvel Qriqoryan 52 min dollar (25 milyon dram) məbləğində girov qarşılığında zaminə buraxılıb. O, zaminə buraxılandan sonra etiraz aksiyası keçirilmişdi

Son xəbərlər

Orphus sistemi